PDF Oxu

Dünya

  • 12

Lukaşenko Medvedevi KTMT sədri olması ilə sevindirib

Lukaşenko Medvedevi KTMT sədri olması ilə sevindirib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, 2010-cu ilin dekabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sədrliyi Belarusa həvalə ediləcəkdir. Bu qərar 20-22 avqustda KTMT-nin Yerevanda keçirilmiş qeyri-formal sammitində qəbul edilmişdir. Rusiya prezidenti Dmitri Medvedevin dediyinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko sədrliyi qəbul etməyə razılıq vermişdir. "Bu, bizi olduqca sevindirir" deyə Rusiya prezidenti vurğulamışdır. Sammitdə Qırğızıstandakı vəziyyət müzakirə edilmişdir. KTMT üzvləri birgə hərəkət etməklə bu ölkədə vəziyyəti normallaşdırmaqdan və fəaliyyətdə olan effektiv dövlətin yaradılmasının vacibliyindən danışmışlar. Saammitdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Qazaxıstan nümayəndələri iştirak etmişlər. Son vaxtlar Moskva ilə Minsk arasında yaranmış gərginlik Belarusun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaması ilə bağlı olmuşdur.

Digər xəbərlər