PDF Oxu

Dünya

  • 15

Belarus müxalifətçisi Polşadan sığınacaq istəyib

Belarus müxalifətçisi Polşadan sığınacaq istəyib
"Xartiya-97"-nin məlumatına görə, Belarus müxalifətçisi Sergey Ponomaryov Polşaya gəlmiş və hakimiyyət dairələrindən siyasi sığınacaq istəmişdir. Hazırda onun Polşadakı qaçqınlar düşərgəsində məskunlaşdığı bildirilir. 58 yaşlı S.Ponomaryov Minsk vilayətinin Kletsk şəhərində yaşamışdır. O, burada xüsusi bülletenlər buraxaraq hakimiyyət dairələrini tənqid etmişdir. Müxalifətçi əleyhinə dəfələrlə cinayət işi qaldırılmışdır. Yaxın vaxtlarda S.Ponomaryovun növbəti cinayət işinə baxılacaqdır. İstintaqın qənaətinə görə, S.Ponomaryov bir neçə yerli məmuru təhqir etmişdir. Nəşrin məlumatına görə, S.Ponomaryov Polşada qalıb ictimai-siyasi fəaliyyətini davam etdirmək istəyir.

Digər xəbərlər