PDF Oxu

Dünya

  • 10

İsrail və Fələstin birbaşa danışıqları bərpa edir

İsrail və Fələstin birbaşa danışıqları bərpa edir
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 20-də tərkibində ABŞ, Avropa Birliyi, Rusiya və BMT-nin təmsil olunduğu Yaxın Şərq kvarteti İsrail və Fələstinə birbaşa sülh danışıqlarını davam etdirməyi təklif etmişdir. Danışıqların sentyabrın 2-də Vaşinqtonda keçiriləcəyi planlaşdırılır. Tədbirdə ABŞ prezidenti Barak Obama iştirak edəcəkdir. "Frans Press"in məlumatına görə, danışıqlarda İsraili ölkənin baş naziri Binyamin Netaniyaqu, Fələstini isə muxtariyyət başçısı Mahmud Abbas təmsil edəcəkdir. Danışıqlarda B.Netaniyaqu və M.Abbasın Şərqi Yerusəlimin statusu və Fələstin qaçqınlarının qaytarılması məsələlərinə toxunacağı gözlənilir. Müzakirənin 1 il ərzində davam etdiriləcəyi ehtimal edilir. Fələstin və İsrail arasında birbaşa danışıqlar 2008-ci ilin axırlarında yarımçıq dayandırılmışdır. Fələstin Muxtariyyəti rəhbərliyi belə bir bəyanat vermişdi ki, İsrail hökuməti İordan çayının Qərb sahilində və Şərqi Yerusəlim də yaşayış sahələrinin tikintisini dayandırmayacağı təqdirdə, danışıqların davam etdirilməsi baş tutmayacaqdır.

Digər xəbərlər