PDF Oxu

Dünya

  • 8

Amerikalıların iqtisadçı Obamaya etibarları minimum həddədək enib

Amerikalıların iqtisadçı Obamaya etibarları minimum həddədək enib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, amerikalıların ABŞ prezidenti Barak Obamanın iqtisadi siyasətinə inamları rekord səviyyədə aşağı enmişdir. "GfK" kompaniyasının 11-16 avqustda 1007 nəfər müxtəlif yaş həddində olan insanlar arasında keçirdiyi rəy sorğusunda ölkə əhalisinin 56 faizinin iqtisadi kursdan narazılığı ifadə olunmuşdur. B.Obamanın iqtisadi siyasətini rəyi soruşulanların 41 faizi dəstəklədiyini bildirmişdir. Bu göstərici 2010-cu ilin aprelində keçirilmiş rəy sorğusu ilə müqayisədə 3 faiz aşağıdır. Respondentlərin 61 faizi belə hesab edir ki, B.Obama hakimiyyətə gəldikdən sonra ölkənin iqtisadi vəziyyətində pisliyə doğru istiqamət götürmüşdür. Rəyi soruşulanların 81 faizi iqtisadi vəziyyətin qeyri-məqbul olduğunu bildirmişdir. Respondentlərin 91 faizi başlıca problemlərin məhz iqtisadiyyat sahəsində olduğunu vurğulamışdır. Rəyi soruşulanların əksəriyyəti qeyd edir ki, son aylarda işsizliyin səviyyəsi 10 faizlik göstəriciyə yaxınlaşmışdır. "Assoşieyted Press"in məlumatına görə, ABŞ əhalisinin 18 faizi prezident Barak Obamanın müsəlman olduğunu güman edir. Bu fakt "Pew Research" kompaniyasının keçirdiyi rəy sorğusunda öz təsdiqini tapmışdır. 2009-cu ilin martında keçirilmiş analoji rəy sorğusu zamanı ölkə əhalisinin 11 faizi B.Obamanın müsəlman olduğunu zənn edirdi. Rəyi soruşulanların 34 faizi prezident Barak Obamanın xristian olduğunu qeyd etmişdir. Respondentlərin 43 faizi ABŞ prezidentinin hansı dinə etiqad etdiyini bilmədiyini etiraf etmişdir. Bu fərq ötənilki rəy sorğusunda 9 faiz fərq kimi ifadə edilmişdir. B.Obamanın seçkiönü mərhələsi bir çox ölkə vətəndaşları anasının ateist, atasının isə müsəlman olduğunu güman edirdilər. "Fox Nyus" telekanalı B.Obamanın Nyu-York şəhərində 2001-ci il 11 sentyabr terror aktlarının törədildiyi yerdə məscid tikintisini dəstəklədiyi haqda məlumat vermişdir.

Digər xəbərlər