PDF Oxu

Dünya

  • 4

"TSAXAL-ın ən gözəl qadın hərbi qulluqçusu" özünü sosial şəbəkədə reklam edib

"TSAXAL-ın ən gözəl qadın hərbi qulluqçusu" özünü sosial şəbəkədə reklam edib
"Yerusəlim post" qəzetinin yazdığına görə, avqustun 18-də "Facebook" sosial şəbəkəsində İsrail Müdafiə Ordusunun qadın hərbi qulluqçusu Eden Abercili dəstəkləyən səhifə açılmışdır. Bu qadın əvvəllər bir qalmaqalın mərkəzi qəhrəmanına çevrilmişdi. O özünün "Facebook"dakı şəxsi səhifəsində Fələstin məhbusları ilə birgə çəkdirdiyi şəkili təqdim etmişdi. Səhifədə İsrailin keçmiş hərbi qulluqçuları və Fələstin məhbusları "Eden Abercil, biz səninləyik" deyə qadını dəstəklədiklərini bildirirlər. Beləliklə də, E.Abercil "TSAXAL-ın ən gözəl hərbi qulluqçusu" və "İsraildə sonuncu namuslu insan" komplimentlərinə layiq görüldüyü göstərilir. E.Abercilin təqdim etdiyi 26 şəkildən ibarət albom İsrail ordusunda və Fələstin Milli Administrasiyasında sərt ittihamla qarşılanmışdır. Şəkillərin bəzilərində qadın hərbi qulluqçu gözləri bağlanmış əsirlər fonunda nümayiş etdirilir.

Digər xəbərlər