PDF Oxu

Dünya

  • 13

Ukrayna dərsliklərindən "narıncı inqilab" kəlmələri götürülüb

Ukrayna dərsliklərindən "narıncı inqilab" kəlmələri götürülüb
"Seqodnya" qəzetinin yazdığına görə, Ukraynanın 5-ci siniflərinə təqdim ediləcək yeri tarix dərsliklərində "narıncı inqilab" haqda məlumat verilməyəcəkdir. İnnovasiya Texnologiyaları və Təhsilin Məğzi İnstitutunun direktoru Aleksandr Udodun dediyinə görə, tarix dərsliklərində lüzumsuz siyasiləşmə meyillərinə yol verilməməlidir. Məktəblilərin tarix dərsliklərində "narıncı inqilab" haqda məlumat ancaq 11-ci sinifdə veriləcəkdir. Ukraynanın millətçi siyasətçilərinin fikrincə, Maydansız Ukrayna tarixi birtərəfli və natamam olacaqdır. İqtidar nümayəndələri isə belə hesab edirlər ki, "narıncı inqilab" ifadələrini tarix dərsliklərindən çıxarmaq daha düzgün olardı. Fənn müəllimləri Maydanın dərsliklərdən çıxarılmasına biganə yanaşmışlar. Qəzetlərdən birinə müsahibə verən bir fənn müəllimi bu cür izahat verir: "Son illərdə biz praktik olaraq bu mövzunu öyrənməmişik. Çünki bunu öyrənməyə vaxt tapmamışıq. Əgər bu gün bu ifadələri dərsliklərdən çıxarırlarsa, qoy çıxarsınlar." 2004-cü ilin axırları və 2005-ci ilin əvvəllərində Kiyevdə baş verən hadisələr "narıncı inqilab" kimi xarakterizə olunur. O vaxt seçkilərin ikinci turunda Viktor Yanukoviçin qələbəsilə razılaşmayan minlərlə insan Kiyevin mərkəzi meydanında fasiləsiz etiraz aksiyasına başlamışlar. Nəticədə, "üçüncü tur" keçirilmiş və onun nəticələrinə görə, Viktor Yuşşenko prezident seçilmişdir. Ancaq 5 il keçdikdən sonra o öz populyarlığını itirmiş, nəticədə, beşinci yerlə kifayətlənmişdir.

Digər xəbərlər