PDF Oxu

Dünya

  • 9

Həririnin qətlində İsrailin iştirakı sübut edilib

Həririnin qətlində İsrailin iştirakı sübut edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 17-də Livan hökumətinin BMT Tribunalına təqdim etdiyi sənəddə İsrail hökumətinin 2005-ci ildə Livanın keçmiş baş naziri Rafik Həririnin qətlində iştirakının sübut edildiyi göstərilir. Sənədin doğruluğunu "Hizbullah" qruplaşmasının nümayəndələri təsdiq edirlər.
"Hizbullah" lideri Həsən Nəsrullah ilk dəfə İsraili R.Həririnin qətlində açıq surətdə avqustun 3-də ittiham etmişdi. O, söz verirdi ki, yaxın vaxtlarda bu yöndə təkzibedilməz sübutlar təqdim edəcəkdir. İsrail tərəf H.Nəsrullahın sübutlarını "gülüşdoğrucu hal" kimi qiymətləndirmişdir.
Agentliyin məlumatına görə, BMT Tribunalına təqdim edilmiş sənədlər içərisində havadan müşahidələr aparılması haqda da materiallar olmuşdur. 1990-2005-ci illərdə, həqiqətən də, İsrailin xüsusi xidmət orqanı əməkdaşları R.Həririnin yer dəyişməsini havadan müşahidə etmişdir.
R.Həriri 2005-ci ilin 14 fevralında Beyrutda baş vermiş partlayış nəticəsində həlak olmuşdu. Keçmiş baş nazirdən başqa daha 10 nəfər terror aktının qurbanına çevrilmişdi. İstintaq bu nəticəyə gəlmişdi ki, partlayışın başlıca məqsədi R.Həririnin aradan götürülməsi olmuşdur. Çünki baş nazirin kortejinin getdiyi yol üstünə partlayıcı qurğu qoyulmuşdu.
R.Həririnin qətlində Livan və Suriyanın xüsusi xidmət orqanı əməkdaşları ittiham edilirdi. Bundan başqa, "Hizbullah" üzvlərinin də terror aktında əli olduğu güman edilirdi. BMT Tribunalı bu işin təhqiqatını 2009-cu ilin martında aparmağa başlamışdır.

Digər xəbərlər