PDF Oxu

Dünya

  • 5

İtaliyanın fəxri prezidenti Françesko Kossiqa vəfat edib

İtaliyanın fəxri prezidenti Françesko Kossiqa vəfat edib
"ANSA" informasiya agentliyinin yaydığı məlumata görə, 83 yaşlı Françesko Kossiqa Roma şəhərində vəfat etmişdir. Müxtəlif vaxtlarda o prezident, baş nazir və İtaliya Senatının sədri vəzifələrini icra etmişdir. F.Kossiqa avqustun 9-da ürəyində və ağ ciyərində problemlərlə əlaqədar xəstəxanaya çatdırılmışdır. 8 gün sonra isə o, elə xəstəxanada da vəfat etmişdir. F.Kossiqa iyulun 26-da 82 yaşını qeyd etmişdir. F.Kossiqa İtaliya siyasətinə 1945-ci ildə 17 yaşı olarkən Xristan-Demokratik Partiyasının üzvü olmaqla gəlmişdir. 1963-cü ildə XDP-nin parlament qrupunun rəhbərliyinin tərkibinə daxil edilmişdir. 1974-cü ildə isə İtaliya hökumətində vəzifə kürsüsü tutmuşdur. Daha iki il sonra F.Kossiqa daxili işlər naziri olmuş, 1979 və 1980-ci illərin müəyyən vaxtlarında Nazirlər Kabinetinə başçılıq etmişdir. 1980-ci ildə o, İtaliya Senatının sədri, 1985-ci ildə isə respublika prezidenti seçilmişdir. O, bu vəzifədə 1992-ci ilədək qalmışdır.

Digər xəbərlər