Ukrayna siyasətçisi müxalifəti aclıq aksiyası keçirməyə çağırıb
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, "NUNS" blokunun Ali Rada təmsilçisi Nikolay Katerinçuk müxalifət siyasətçilərini aclıq aksiyası keçirməyə çağırmışdır.
O, etiraz aksiyası keçirməyin başlıca səbəbini Ukraynada söz azadlığının məhdudulaşdırılması ilə izah etmişdir. "Yatsenyuka, Timoşenkoya, Tyaqniboka, Qritsenkoya və onlarla birlikdə Avropa partiyasına təklif edirəm ki, telekanallarda oturub fasiləsiz aclıq aksiyasına başlasınlar" deyə N.Katerinçuk bildirmişdir.
N.Katerinçuk bu bəyanatı ilə Arseni Yatsenyukun təklifinə sərt cavab verməli olmuşdur. A.Yatsenyuk təklif edirdi ki, telekanallar lisenziya alarkən, onlara amnistiya verilməsi yönündə qanun qəbul edilsin. "Amnistiya verən zaman gərək etiraf edəsən ki, hansı addımı atdığın zaman nəsə bir səhv buraxıb, günah işlətmisən" deyə N.Katerinçuk bildirmişdir. Siyasətçi dediyinə onu da əlavə etmişdir ki, müxalifətçilərin onun təklifi ilə razılaşmayacağı təqdirdə, o öz partiya üzvləri ilə birlikdə aclıq aksiyası keçirəcəkdir.
Əvvəllər belə bir məlumat verilirdi ki, iki Ukrayna telekanalı - "5 kanal" və "TVİ" yanvarın 27-də keçirilmiş müsabiqə zamanı əldə etmiş olduqları lisenziyadan məhrum edilmək təhlükəsi ilə üzləşmişdir. Lisenziyaların qanuni olub-olmamasını apelyasiyası instansiyası öz qərarı ilə təsdiq etməli olacaqdır.