PDF Oxu

Dünya

  • 17

Avstraliya Britaniya tacı hökumətindən ayrılmaq qərarına gəlib

Avstraliya Britaniya tacı hökumətindən ayrılmaq qərarına gəlib
"BBC Nyus" informasiya agentliyinin avqustun 17-də yaydığı məlumata görə, Avstraliyanın baş naziri Culiya Gillard belə bir bəyanat vermişdir ki, təmsilçisi olduğu ölkə Böyük Britaniya kraliçası II Yelizavetanın ölümündən sonra, Britaniya tacı respublikasından ayrılaraq müstəqil olmaq istəyir. Uelsdə doğulan C.Gillard II Yelizavetaya uzun ömür və möhkəm cansağlığı arzulamağı da unutmamışdır.
Onun dediyinə görə, avstraliyalılar 84 yaşlı kraliçaya münasibətdə, istisnasız olaraq, səmimi duyğular ifadə edirlər. Bununla yanaşı, Avstraliyanın baş naziri kraliçanın ölümündən sonra onun tacından kənar müstəqil respublika quracağını bəyan etmişdir.
C.Gillard ümumxalq seçkilərindən dörd gün əvvəl, avqustun 17-də ölkəsini müstəqil respublikaya çevirəcəyini bəyan etmişdi. Xatırladırıq ki, Avstraliyada ümumxalq seçkiləri avqustun 21-də keçirilmişdi. C.Gillardın müxalifət lideri olan rəqibi Toni Ebbot Avstraliyada hökm sürməkdə olan monarxiya quruluşunun saxlanılmasının tərəfdarı olmuşdur.
Keçmiş İngiltərə koloniyası olmuş, Avstraliya öz konstitusiyasını 1901-ci ildə qəbul etmişdi. O vaxtdan etibarən Avstraliyada idarəetmə sistemi ardıcıl olaraq genişlənməkdədir. 1986-cı ildə Böyük Britaniya rəsmi surətdə Avstraliyanın daxili qanunlarının işlənib hazırlanmısı hüququndan imtina etmişdir. Ancaq bununla belə, Avstraliyada ən böyük dövlət vəzifəsi hesab edilən general-qubernatorluqda Britaniya monarxının nümayəndəsi əyləşmişdir. Buna baxmayaraq, Avstraliyada faktik dövlət başçısı ölkənin baş naziri hesab edilir.
Avstraliyaya formal müstəqillik verilməsi məsələsi dəfələrlə qaldırılmışdır. 1999-cu ildə keçirilmiş referendumda ölkə əhalisinin böyük əksəriyyəti monarxiya institutlarının saxlanmasının lehinə səs vermişdir.

Digər xəbərlər