PDF Oxu

Dünya

  • 9

Kamikadze Bağdadda 41 nəfərin ölümünə səbəb olub

Kamikadze Bağdadda 41 nəfərin ölümünə səbəb olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bağdadda baş vermiş partlayış nəticəsində 41 nəfər həlak olmuş, 112 nəfər yaralanmışdır. "Frans Press"in məlumatına görə, insident avqustun 17-də yerli vaxtla səhər saat 7.30-da Bağdadın mərkəzi bölgəsi olan Baab əl-Muathda yerləşən mərkəzi çağırış məntəqəsinin binası yaxınlığında baş vermişdir. İlkin məlumata görə, partlayıcı qurğunu kamikadze işə salmışdır. Hadisə yerində çoxlu adam olmuşdur. Terror aktının mümkün təşkilatçıları haqda heç bir məlumat verilmir. Bağdadda terror aktları tez-tez baş verir. Ancaq çağırış mərkəzi binası yaxınlığında son partlayış son vaxtların ən böyük terror aktı hesab edilir. Bu cür terror aktların məsuliyyətini çox vaxt "Əl-Kaidə"nin yerli terrorçuluq özəyi öz üzərinə götürür.

Digər xəbərlər