PDF Oxu

Dünya

  • 13

Şimali Osetiyada iki milis əməkdaşı öldürülüb

Şimali Osetiyada iki milis əməkdaşı öldürülüb
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 17-də Şimali Osetiyanın Priqorodnı rayonunda iki milis əməkdaşı öldürülmüşdür. Onlardan birinin adı tezliklə jurnalistlərə məlum olmuşdur. Bu milis əməkdaşı İvanov vilayətinin milis şöbəsinin işçisi Yuri Partsev olmuşdur. İki və ya üç nəfərin yaralandığı haqda məlumat verilir. Onların hamısı Beslan xəstəxanasına çatdırılmışdır. Terror aktı avqustun 17-də səhər törədilmişdir. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, kamikadze milis postuna yaxınlaşaraq, dərhal partlayıcı qurğunu işə salmışdır. Digər qəzetlərin yazdığına görə, milis əməkdaşları cinayətkardan sənəd tələb edərkən, o özünü partlatmışdır.

Digər xəbərlər