PDF Oxu

Dünya

  • 15

İran yeni nüvə mərkəzi inşa edəcək

İran yeni nüvə mərkəzi inşa edəcək
"Frans Press" informasiya agentliyinin avqustun 16-da yaydığı məlumata görə, İranın hakimiyyət dairələri yeni, sayca üçüncü olan nüvə mərkəzinin inşa edilməsini nəzərdə tuturlar. İranın atom enerjisi üzrə təşkilatının başçısı Əli Əkbər Salehi dövlət televiziyasının efirində çıxış edərkən belə bir bəyanat vermişdir ki, İranın zənginləşdirilmiş uran üzrə üçüncü müəssisəsinin tikintisi 2011-ci ildə başlayacaqdır. Salehi zavodun harada tikiləcəyini bildirməmişdir. Belə ehtimal edilir ki, bu müəssisə elə bir yerdə tikiləcək ki, oraya havadan raket zərbəsi endirmək mümkün olmasın.
Hazırda İranda nüvə mərkəzi yalnız Natanz şəhərində fəaliyyət göstərməkdədir. Uran zənginləşdirəcək ikinci müəssisə Qum şəhəri yaxınlığındakı Fordo kəndində inşa edilir. 2009-cu ilin payızında İran prezidenti Mahmud Əhmədinejad belə bir bəyanat vermişdi ki, gələcəkdə daha 10 nüvə mərkəzinin inşa ediləcəyi planlaşdırılır. Artıq 5 zavodun tikiləcəyi yer müəyyənləşdirilmişdir.
İran hökuməti nüvə proqramının dinc məqsədli olduğunu bəyan etməkdə davam edir. Ancaq ABŞ və İsrail ekspertləri belə hesab edirlər ki, İranın başlıca məqsədi nüvə silahı istehsal etməkdir. 2003-cü ildə dünya ictimaiyyəti İranın nüvə proqramının mövcudluğundan xəbər tutmuşdur. BMT-nin Təhlükəsizlik Şurası həmin müəssisələri qapatmağa çalışır.

Digər xəbərlər