PDF Oxu

Dünya

  • 8

Amerika pilotsuz təyyarələri Pakistanda 13 silahlını məhv edib

Amerika pilotsuz təyyarələri Pakistanda 13 silahlını məhv edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın hərbi-hava qüvvələrinə məxsus pilotsuz təyyarələrinin avqustun 15-də etdiyi bombardman nəticəsində 13 silahlı məhv edilib, 5 nəfər isə yaralanıb. Yerli təhlükəsizlik xidmətinin nümayəndələri insidentin Əfqanıstan sərhədi yaxınlığında yerləşən Cənubi Vəziristan əyalətinin Essori kəndi yaxınlığında baş verdiyini bildirmişlər. Xilasedicilərdən biri silahlıların sığınacağına düşmüşdür. Agentliyə məlumat ötürən şəxsin dediyinə görə, qətlə yetirilmiş terrorçuların bəziləri xarici ölkə vətəndaşları olmuşlar. ABŞ hökuməti belə hesab edir ki, Pakistanın sərhəd bölgələrində "Əl-Kaidə" döyüşçülərinin başlıca sığınacaqları yerləşir. Bir müddət əvvəl, uçan aparatların bombardmanı nəticəsində terrorçu təşkilatların bir neçə tanınmış simaları məhv edilmişdi. Məsələn, 2010-cu ilin martında aivasiya bombardmanı nəticəsində kamikadze hazırlığı ilə məşğul olan "Əl-Kaidə" terrorçusu Hüseyn əl-Yəməni öldürülmüşdü. 2010-cu ilin yanvarında ABŞ hərbçiləri raket zərbəsi ilə Pakistanda "Taliban" hərəkatının lideri hesab olunan Həkimulla Məhsudi qətlə yetirilmişdi.

Digər xəbərlər