PDF Oxu

Dünya

  • 12

İsrail ordusu Yerusəlimdə yəhudilərlə ərəblər arasında olan barını sökməyə başlayıb

İsrail ordusu Yerusəlimdə yəhudilərlə ərəblər arasında olan barını sökməyə başlayıb
"Haaretz" qəzetinin yazdığına görə, İsrail ordusu Yerusəlim şəhərində yəhudilərlə ərəblər arasında olan barını sökməyə başlamışdır. Burada barı Gilo yəhudi kvartalını Şərqi Yerusəlimdə ərəb kvartalı Beyt-Calldan ayırırdı. Hündürlüyü iki metrə çatan beton divar 8 il əvvəl Gilonu atəşlərdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Hakimiyyət dairələri belə hesab edirlər ki, hazırda əhalini heç bir təhlükə təhdid etmir. 2000-2002-ci illərdə ikinci İntifaqa başlanan zaman İsraillə fələstinlilər arasında silahlı münaqişə kəskin surətdə artdığından, Gilo snayper tüfəngləri və pulemyotların hədəfinə çevrilmişdi. "Haaretz"in yazdığına görə, barının sökülməsi haqda qərar yerli əhali arasında narahatlıq yaratmışdır. Əhali ehtiyat edir ki, ordu onları gözlənilən atəşlərlə üz-üzə qoyar. Onlar divarın arxasında özlərini daha təhlükəsiz hesab edirdilər. Ordu komandanlığı isə atəş səslərinin yenidən başlanacağı üçün heç bir əsas olmadığını bildirir. Təhlükənin bərpa olunacağı təqdirdə, onlar divarı yenidən tikməyin mümkünlüyünü qeyd edirlər.

Digər xəbərlər