PDF Oxu

Dünya

  • 11

İran daşqalaq üsulunu edamla əvəz edəcək

İran daşqalaq üsulunu edamla əvəz edəcək
"Qardian" qəzetinin yazdığına görə, İranda daşqalaq üsulu ilə ölüm hökmlərini dar ağacından asılmaqla-edamla əvəz etməyə başlamışlar. Qəzetin məlumatına görə, son vaxtar ərzində edam hökmünün forması ərlərinə xəyanət etməkdə haqlarında ölüm hökmü çıxarılmış ən azı iki qadına münasibətdə dəyişdirilmişdi. Qəzet yazır ki, 43 yaşlı iki uşaq anası Səkinə Astianinin qalmaqallı daşqalaq hadisəsi İran hökumətinin ünvanına güclü tənqid dalğası gətirə bilər. Ərinə xəyanətdə və onu qətlə yetirməkdə ittiham edilən S.Astianinin vəkillərinin dediklərinə görə, o ifadələrini işgəncələr altında boynuna almışdır. Vəkillər beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməyə müvəffəq olmuşlar. Bundan sonra, bir neçə ölkə İranın ədalət məhkəməsinin bu qərarını kəskin tənqid atəşinə tutmuşdur. Bəzi dövlətlər isə S.Astianiyə siyasi sığınacaq verməyə hazır olduqlarını bildirmişlər. Bir çox ölkələr İranın daşabasma üsulu ilə insanların qətlinə fərman verməsini qətlin ən kobud üsulu kimi xarakterizə edirlər. Onlar belə hesab edirlər ki, İran edam hökmünü yumşaldacağı təqdirdə, öz reputasiyasını və nüfuzunu artıra bilər. "Qardian"ın yazdığına görə, hazırda daşabasma üsulu ilə edam 12 İran qadını və üç kişisini gözləyir. Ramazan bayramında ölüm hökmlərinin yerinə yetirilməsi İranda qadağan edilib.

Digər xəbərlər