PDF Oxu

Dünya

  • 13

Arizonalı respublikaçı Obamanı ölkə tarixində ən pis prezident adlandırıb

Arizonalı respublikaçı Obamanı ölkə tarixində ən pis prezident adlandırıb
"CBS" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Nümayəndələr Palatasına noyabrda keçiriləcək seçkilər ərəfəsində partiya praymerizində namizədliyini irəli sürmüş arizonalı respublikaçı Ben Kueyl iqtidarda olan prezident Barak Obama haqqında xoşagəlməz ifadələrlə dolu olan 30 saniyəlik seçkiönü rolikini buraxmışdır. B.Kuyelin 30 saniyəlik seçkiönü roliki siyasətçinin ABŞ ictimaiyyətinin diqqətini cəlb edəcək bəyanatı ilə başlayır. O deyir ki, Barak Obama ölkə tarixində ən pis prezident kimi ad çıxarmışdır. B.Kueyl rolikində seçicilərinə belə bir sualla müraciət edir: "Meksikadakı narkotika ticarətçiləri Vaşinqtonun vergi ticarətçiləri rolunu oynayır. Bu Amerikaya nə olmuşdur?" Siyasətçi rolikində belə bir fikir də səsləndirir ki, Ağ Evə başqa prezidentin gəlib oradakı zibillərin hamısını çırpıb bayıra atması lazımdır. B.Kueylin bu cür sərt bəyanatı onun ünvanına səslənən tənqid dalğasına səbəb olmuşdur. Siyasətçiyə keçmiş həyatı haqda bloqundakı qalmaqalı xatırlatmışlar. Jurnalistlər müəyyən etmişlər ki, B.Kueyl bir neçə il əvvəl öz saytında materiallar dərc etmişdir. Siyasətçi jurnalistlərin bu məlumatını təsdiq etmiş və demişdir ki, bloqdakı yazıları öz dostunun adından səsləndirmişdir.

Digər xəbərlər