PDF Oxu

Dünya

  • 13

33 yaşlı Ben Kueyl böyük Corc Buşun kabinetində vitse-prezident postunu tutmuş Den Kueylin oğludur

33 yaşlı Ben Kueyl böyük Corc Buşun kabinetində vitse-prezident postunu tutmuş Den Kueylin oğludur
AFR-də pensiya həddini 70 yaşa qaldırmaq təklif edilib "Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, aparıcı alman iqtisadçı-ekspertləri ölkə əhalisinin pensiya yaşının 70 yaşadək qaldırılmasını təklif etmişlər. Alman İqtisadiyyat İnstitutunun (IW) başçısı Klaus Zimmerman qeyd etmişdir ki, əhalinin yaş səviyyəsinin qaldırılması ölkədə pensiya təminatı sisteminin təkmilləşdirilməsinə səbəb olacaqdır. "Pensiya yaşının tədricən artırılaraq 70 yaş həddinə qaldırılması gələcək çağırışlara ən humanist cavabdır" deyə K.Zimerman bildirmişdir. Hökumət isə özündən əvvəlki mühafizəkarların və sosial-demokratların böyük koalisiya hökuməti vaxtında qəbul edilmiş qanunun tələblərinə riayət etmək yolu tutur. Bu qanunda 2012-2029-cu illər arasında əhalinin pensiya yaşının tədricən qaldırılaraq 65-dən 67-yə çatdırılması nəzərdə tutulur. Əvvəllər bu qanuna səs vermiş sosial-demokratlar, hazırda müxalifət sıralarına qoşulduqdan sonra, pensiyaçıların yaş həddinin qaldırılmasının vacibliyinə şübhə ilə yanaşırlar. Sosial-demokratların sədri Ziqmar Qabrielin dediyinə görə, 67 yaşında pensiyaya çıxmaq o zaman özünü doğrulda bilər ki, gərək əmək bazarı yaşlı adamları işə götürməyə hazır olsun, əks-təqdirdə, bu qanunu təxirə salmaq lazım gələcəkdir. Sosial-demokratlar fraksiyasının Bundestaq təmsilçisi Olaf Şolts "Tagesşau" qəzetinə verdiyi müsahibəsində demişdir ki, pensiya yaşını qaldırmamışdan əvvəl 50 ildən artıq bir dövr ərzində işini itirən və yaşı artdıqca işə düzəlməyə şansı olmayan adamların problemlərini həll etmək lazımdır.

Digər xəbərlər