PDF Oxu

Dünya

  • 14

Berlin iqtisadi inkişaf tempinə görə digər alman torpaqlarını arxada qoyub

Berlin iqtisadi inkişaf tempinə görə digər alman torpaqlarını arxada qoyub
"Welt" qəzeti Alman İqtisadi Təhqiqatlar İnstitutunun (DIW) yeni təhqiqatının nəticələrini dərc etmişdir. Burada göstərilir ki, Berlin son illərin iqtisadi inkişaf templərinə görə Almaniyanın qalan 15 federal torpaqlarını arxada qoymuşdur. 2004-2009-cu illər arasında Berlinin daxili məhsullarının illik artım tempi 1,7 faiz olmuşdu. DIW eksperti Karl Brenkenin dediyinə görə, bu addım ilə Berlin yeni mövqe nümayiş etdirməklə liderliyi özündə saxlayır. 2009-cu il iqtisadi böhran zamanı Berlin digər federal torpaqlara nisbətən böhrandan yan qaçmağa nail olmuşdu. Yüksək sənaye sahələrinə malik olan Baden-Nürtenberqin iqtisadi artımı 7 faiz azalsa da, heç bir sənaye müəssisəsi olmayan Berlində bu azalma 0,7 faizə bərabər olmuşdur. Berlinin iqtisadi inkişafının başlıca stimulvericisi xidmət sahələri olmuşdur. Son illər şəhərdə turist bumunun artması mehmanxana biznesinin sürətli inkişafına səbəb olmuşdur. Berlində iqtisadi inkişafın başlıca amillərindən biri də, bir sıra sosial proqramların dövlət tərəfindən uğurla maliyyələşdirilməsi olmuşdur. 2005-ci ildən etibarən şəhərdə 140 min əlavə iş yeri açılmış və aşağı maaşların məbləği 400 avroya bərabər olmuşdur. Berlində müstəqil müəssisələrin sayı və sərbəst peşələrin miqdarı ölkənin digər torpaqlarına nisbətən çoxdur. Berlində hər 7 nəfərdən biri özü üçün işləyirsə, Almaniyanın digər bölgələrində hər 9 nəfərdən biri özü üçün işləyir. İqtisadi qüdrətinin yüksək olmasına baxmayaraq, Berlin şəhəri işsizlərin sayına görə birinci yerdə gedir. Burada əhalinin 14 faizi işsizdir. Ekspertlər buna onunla izah edirlər ki, burada iş yerləri xarici ölkələrdən gələnlər tərəfindən tutulur.

Digər xəbərlər