PDF Oxu

Dünya

  • 9

Çində sürüşmə nəticəsində 1000 nəfərdən çox adam həlak olub

Çində sürüşmə nəticəsində 1000 nəfərdən çox adam həlak olub
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Çinin Qansu vilayətinin Çjoutsyuy dairəsində baş vermiş sürüşmə nəticəsində 1117 nəfər həlak olmuş, 627 nəfər itkin düşmüşdür. Çinin rəsmi dairələri məlumatın doğruluğunu təsdiq etmişlər. Hazırda Çjoutsyuy dairəsində xilasedicilik əməliyyatları aparılır. Avqustun 11-də xilasedicilər dağ uçqunları altından sağ qalmış iki nəfəri çıxartmışlar. Xilasediclik əməliyyatlarında hərbçilərdə iştirak edir. Onlar dağın Baylun çayı istiqamətində uçmuş hissələrini partlayıcı qurğular vasitəsilə təmizləməyə çalışırlar. Qarşısı dağ qruntları ilə kəsilmiş çay sahillərindən çıxmış Çjoutsyuy şəhərini basmışdır. Çinin şimal-qərbində baş vermiş kütləvi sürüşmələr avqustun 7-dən etibarən yağan leysan yağışlarından sonra daha da fəallaşmışdır. Ertəsi gün 127 nəfərin həlak olduğu haqda məlumat verilmişdi. 45 min dairə əhalisi evakuasiya olunmuşdur. Yaxın günlərdə Çjoutsyuyda leysan yağışların artacağı gözlənilir. Bu da yeni sürüşmələrə səbəb ola bilər.

Digər xəbərlər