PDF Oxu

Dünya

  • 12

Nyu-York qubernatoru məscidin tikilməsi üçün münasib yer tapacağını vəd edib

Nyu-York qubernatoru məscidin tikilməsi üçün münasib yer tapacağını vəd edib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Nyu-York ştatının qubernatoru Devid Peterson 2001-ci il 11 sentyabr terror aktlarının yerində tikintisi planlaşdırılan məscidlə yanaşı İslam Mədəniyyət Mərkəzinin tikintisi üçün münasib yer tapacağını bildirmişdir. Qubernator sifarişçinin Ümumdünya Ticarət Mərkəzinin qüllələrinin yerləşdiyi "Ground Zero" ərazisində tikinti işləri aparmaqdan imtina edəcəyi təqdirdə, münasib yer axtarışına başlanacağını bildirib.
Demokrat qubernator məscid tikintisinin əleyhdarı olmadığını bildirmiş, ancaq şəhər əhalisinin etirazındakı məntiqi də başa düşdüyünü vurğulamışdır.
Məscid tikintisinin təşəbbüsçüsü "Ground Zero" yaxınlığında uca bina alan İmam Feyzal Abdul Raufdur. İmamın 13 mərtəbəli mədəniyyət mərkəzi tikdirməsinə başlıca maneə terror aktı törədilmiş sahənin tarixi abidə yeri olub-olmaması məsələsidir. 2010-cu ilin avqustunda tarixi və mədəniyyət abidələrinin qorunmasına və istifadə olunmasına nəzarət üzrə Nyu-York şəhər Komissiyası həmin sahənin memarlıq abidəsi olmadığı qərarını qəbul etmişdir.
Terror aktının törədildiyi yerdə məscid tikilməsi Amerika ictimaiyyətində geniş həyəcan doğurmuşdur. Onların fikrincə, burada tikiləcək məscid onu terrorçuların gözündə islam abidəsi kimi yaşadacaqdır. Nyu-York meri Maykl Bulmberq tikintiyə razılıq verdiyini bildirmiş və məscidin bir növ müsəlmanların terrorçuluğu qəbul etməməsi rəmzinə çevriləcəyini bildirmişdir.

Digər xəbərlər