PDF Oxu

Dünya

  • 8

Avstraliya sakini parlament seçkilərinin nəticələrinə təsir etmək üçün 200 min dollar qoyub

Avstraliya sakini parlament seçkilərinin nəticələrinə təsir etmək üçün 200 min dollar qoyub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Avstraliya sakini parlament seçkilərində Leyboristlər Partiyasına başçılıq edən hazırkı baş nazir Culiya Gillardın qələbəsini təmin etmək üçün böyük məbləğdə pul qoymuşdur. Məbləğin 200 min Avstraliya dolları (182 min ABŞ dolları) həddində olduğu bildirilir. "Sportingbet" Bukmen kontorunun məlumatına görə, bu cür böyük məbləğin stavka edilməsi Leyboristlər Partiyası üzvlərində böyük maraq oyatmışdır. Kompaniya rəhbərliyinin dediyinə görə, "bu cür stavkalar edən adamlar, əsasən, yanılmırlar." "Son iki həftə ərzində heç kəs iqtidar partiyası ilə maraqlanmırdı. Çünki oyunçular leyboristlərə stavka etmirdilər. Ancaq hazırda vəziyyət tamamilə dəyişmişdir" deyə kontor rəhbərliyi bildirmişdir. "Sportingbet"lə rəqabət aparan "Haydn Lane" kompaniyasının məlumatına görə, son bir neçə gün ərzində vəziyyət kardinal tərzdə dəyişmiş və cəmi iki sutka ərzində "Sportingbet" kontoru iqtidar partiyasının xeyirinə 95 faiz stavka qəbul etmişdir. Analitiklərin dediklərinə görə, oyunçular leyboristlərin tərəfinə, Culiya Gillard ölkənin iki televiziya proqramında çıxış edərək partiyasının proqramını inamlı tərzdə şərh etdikdən sonra, keçmişlər. Avstraliyada parlament seçkiləri avqustun 21-ə təyin edilmişdir. Seçkilərdə leyboristlərin başlıca rəqibi liberal müxalifət partiyasının başçısı Toni Abbatdır.

Digər xəbərlər