PDF Oxu

Dünya

  • 6

Kolumbiya və Venesuela diplomatik münasibətləri bərpa edib

Kolumbiya və Venesuela diplomatik münasibətləri bərpa edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kolumbiya və Venesuela hökuməti diplomatik münasibətləri bərpa etmək üçün razılığa gəlmişdir. Bu, hər iki ölkə prezidentləri Xuan Manuel Santos və Uqo Çavesin apardıqları danışıqların nəticələri kimi əksini tapmışdır. Danışıqlar avqustun 10-da Kolumbiyanın Santa-Marta şəhərində aparılmışdır. Birgə imzalanmış sənəddə deyilir ki, Bundan sonra hər iki ölkə arasındakı münasibətlər şəffaflıq prinsipləri əsasında qurulacaqdır. Tərəflər istənilən məsələ ətrafında birbaşa dialoqa girməyə hazır olduqlarını bildirmişlər. Kolumbiya prezidenti Venesuela prezidentinin ölkə ərazisində Kolumbiya partizanlarının fəaliyyətinə son qoyulacağını vəd etdiyini bildirmişdir. Venesuela prezidenti Kolumbiya ilə diplomatik münasibətləri iyulun 22-də pozmuşdur. Buna səbəb Boqotanın Karakasa qarşı ittihamedici bəyanatla çıxış etməsi olmuşdur. Bəyanatda deyilir ki, Karakas sol radikal Kolumbiya silahlılarına sığınacaq verir. Bu bəyanatdan sonra Uqo Çaves Kolumbiyadakı səfirini geri çağırmışdır. Bir neçə gündən sonra Boqota da analoji qərar qəbul etmişdir. İyulun axırlarında Uqo Çaves Kolumbiya sərhədinə ölkənin quru qoşunları və aviasiyasını çıxarmaq haqda sərəncam vermişdir. Avqustun əvvəllərində Uribe prezident səlahiyyətlərini Kolumbiyanın müdafiə naziri Xuan Manuel Santosa vermişdir. Ancaq bundan sonra hər iki ölkə lideri baş vermiş vəziyyəti müzakirə etmək qərarı qəbul etmişdir.

Digər xəbərlər