PDF Oxu

Dünya

  • 11

ABŞ Livana hərbi yardımı dondurub

ABŞ Livana hərbi yardımı dondurub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Xarici Məsələlər üzrə Senat Komitəsi Livanın silahlı qüvvələrinə ayırdığı 100 milyon dollar məbləğində maliyyə yardımını dondurmuşdur. Komitə nümayəndəsi Qovard Berman bu qərarı bu cür şərh etmişdir ki, ABŞ-da "Hizbullah" hərəkatının Livan ordusuna təsirindən narahatlıq keçirirlər. Vaşinqtonda ehtiyat edirlər ki, Livana göstərilən maliyyə və maddi yardım "Hizbullah" hərəkatı tərəfindən istifadə edilsin. Q.Berman İsrail-Livan sərhəddində Livan hərbi qulluqçularının İsrail patruluna açdığı atəşin komitənin qərarına ciddi təsir etdiyini bildirmişdir. Xatırladırıq ki, həmin atışma zamanı üç Livan və bir İsrail hərbi qulluqçusu öldürülmüşdür. "Bu insidentdən sonra, biz "Hizbullah" hərəkatının Livan ordusuna təsirinin olmadığını müəyyənləşdirdikdən sonra bu ölkəyə silah sata və maliyyə yardımı göstərə bilərik" deyə Q.Berman bildirmişdir.
ABŞ 2006-cı ildən Livan ordusuna maliyyə yardımı göstərir. Senatorların hesablamalarına görə, Vaşinqton indiyədək Livan ordusuna 720 milyon dollar məbləğində hərbi yardım göndərmişdir. ABŞ Livan ordusunu M-16 avtomatları, daşınan zenit-raket kompleksləri, qumbaraatanlarla təmin edir və Livan hərbi qulluqçuları üçün məşq düşərgələri inşa edir.
Corc Buşdan sonra Barak Obama da Livan ordusunun maliyyələşdirilməsinə dəstək vermişdir. ABŞ rəsmilərinin fikrincə, yalnız professional ordu ölkənin ərazi bütövlüyünü və dövlət müstəqilliyini qorumağa qadirdir.

Digər xəbərlər