PDF Oxu

Dünya

  • 5

Yanğının söndürülməsində Rusiyaya 12 ölkə kömək edir

Yanğının söndürülməsində Rusiyaya 12 ölkə kömək edir
Rusiyanın Avropa hissəsinin meşələrində baş vermiş yanğının söndürülməsində bilavasitə 12 ölkə kömək edir. Yardımın başlıca cəhətini xüsusiləşdirilmiş texnikanın və aviasiyanın göndərilməsi təşkil edir. "RİA - Novosti"-nin məlumatına görə, avqustun 9-da Fransa Rusiyaya 78 min rasperator maskası, 3 ekspert və 10 ton su tutumu olan "Dash 8" yanğınsöndürmə təyyarəsi göndərmişdir. Rusiyada xüsusiləşdirilmiş təyyarələr və vertolyotlar vasitəsi ilə meşə yanğınlarını Belarus, Ukrayna, Qazaxıstan, Azərbaycan, Türkiyə və İtaliya mütəxəssisləri söndürməyə girişmişlər. Bundan başqa Ukraynanın iki, Bolqarıstanın və Polşanın bir yanğınsöndürmə dəstəsi Rusiya meşələrini söndürməklə məşğuldurlar. Cənubi Koreya prezidenti Li Men Bak avqustun 9-da Rusiyaya xüsusiləşdirilmiş texnika göndərilməsi üçün sərəncam vermişdir. Rusiyaya ilk yardımı Almaniya etmişdir. İyulun 31-də alman səfirliyi AFR hökumətinin yanğından xəsarət alanların müalicəsinə başlamağa hazır olduğunu bildirmişdir. Bundan başqa Berlin Rusiyaya müdafiə maskaları və xüsusiləşdirilmiş texnika da göndərib.

Digər xəbərlər