PDF Oxu

Dünya

  • 12

Hamburqda islam terrorçularının məscidi bağlanıb

Hamburqda islam terrorçularının məscidi bağlanıb
"Welt" qəzetinin yazdığına görə, Hamburq polisi avqustun 9-da St. Georq rayonunda yerləşən Taiba məscidini bağlamışdır. Polisin məlumatına görə, bu məscidə toplaşan radikal islamçılar 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda terror aktı törətmişlər. Əvvəllər əl-Kud adlanan Taiba məscidi 11 sentyabr terror aktlarından sonra böyük şöhrət qazanmışdır. Almaniya xüsusi xidmət orqanı əməkdaşlarının məlumatına görə, məscid indiyədək radikal islamçıların yığıncaq yeri olmuşdur. 2009-cu ilin əvvəllərində məscidə toplaşmış 11 nəfərdən ibarət qrup Əfqanıstana gedib "Əl-Kaidə" və "Taliban" qruplaşmalarına qoşulmuşlar. Qruplaşmanın lideri olan Rami M. bu ilin iyununda Pakistan polisi tərəfindən həbs edilmişdir. Bəzi məlumatlara görə, o, İslamabaddakı Almaniya Səfirliyində terror aktı törətməyə hazırlaşırmış. Taiba məscidinin Suriyalı sakini D. 2004-cü ildə Madridin şəhərətrafı qatarlarından birində həbs edilmişdir. Polisin araşdırmaları nəticəsində məlum olmuşdur ki, D. 1997-ci ildən etibarən "Əl-Kaidə"nin İspaniya, Almaniya və Böyük Britaniya şəbəkələrində fəaliyyət göstərmişdir.

Digər xəbərlər