PDF Oxu

Dünya

  • 10

Uqo Çaves ABŞ səfirliyinin namizədliyini rədd edib

Uqo Çaves ABŞ səfirliyinin namizədliyini rədd edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Venesuela prezidenti Uqo Çaves ABŞ diplomatı Larri Palmeri ABŞ-ın Karakasdakı səfiri təyinatını rədd etmişdir. O, ABŞ prezidenti B.Obamadan xahiş etmişdi ki, bu vəzifəyə başqa diplomatı təyin etsin. U.Çavesin L.Palmerə mənfi münasibətinin səbəbi diplomatın çıxışlarında sərt ifadələr işlətməsi olmuşdur. Venesuela prezidenti özünün həftəlik "Allo, prezident!" proqramında B.Obamaya bu cür müraciət etmişdir: "Nə üçün siz elə düşünürsünüz ki, biz bu centlmeni qəbul edəcəyik? Yaxşı olar ki, onu geri çağırasınız." U. Çaves belə hesab edir ki, L.Palmerin rəsmi şərhləri diplomatiya qanunlarını kobud surətdə pozur. L.Palmer Venesuelanı Kolumbiya İnqilabı Silahlı Qüvvələrinin silahlı döyüşçüləri ilə əlaqədə ittiham edir. Kolumbiya hökuməti də bu faktı təsdiqləyir. Ancaq ABŞ-ın Dövlət Departamentinin yaxın günlərdəki məruzəsinə əsasən, U.Çaves hökuməti ilə Kolumbiya silahlılarının əlaqəsi haqda fakt sübuta yetirilməmişdir. Boqota və Karakas arasında konflikt artıq bir neçə ildir ki, davam edir, son illərdə isə vəziyyət daha da gərginləşmişdir. İyulun axırlarında Venesuela və Kolumbiya aralarındakı diplomatik münasibətləri pozmuşdur. Avqustun 10-da U.Çaves Kolumbiya prezidenti Xuan Manuel Santosla görüşüb, yaranmış vəziyyəti müzakirə edəcəkdir.

Digər xəbərlər