PDF Oxu

Dünya

  • 6

Rusiya ABŞ-I radioaktiv materialların pis saxlanmasında ittiham edib

Rusiya ABŞ-I radioaktiv materialların pis saxlanmasında ittiham edib
Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-ı kütləvi qırğın silahları üzərində nəzarəti üzərinə götürdüyü öhdəliklərə uyğun tərzdə yerinə yetirməməkdə ittiham etmişdir. Nazirlik bu yöndə faktları hazırladığı məruzədə hökumətə təqdim etmişdir. Məruzədə deyilir ki, ABŞ-da radiaktiv materialları saxlayan müəssisələrin təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən, 1996-2001-ci illər ərzində 1500-ə yaxın ioanlaşdırmış şüa mənbələri itirilmişdir. 2004-cü ildə isə Kaliforniya ştatının "Hambolt Bay" AES reaktorunda istifadə edilən yanacaq sterjeni hazırlayan üç seqment "Pacific Gas and Electric Companu" kompaniyası tərəfindən itirilmişdir. Həmin ildə Virciniya ştatında içərisində sezium-137 və amerisum-241 radioaktiv materialı ilə dolu olan konteyner oğurlanmışdır. 2005-ci ilin dekabrında Kolorado ştatında fəaliyyət göstərən "Ground Engineering Consutants" müəssisəsi tərəfindən radioaktiv şüalayıcı təsiri olan sezium-137 maddəsi itirilmişdir. 2006-cı ildə Los-Alamosda fəaliyyət göstərən hərbi nüvə texnologiyası elmi-tədqiqat mərkəzində məxfi informasiya daxil edilmiş elektron daşıyıcısı yoxa çıxmışdır. Sonralar bu elektron daşıyıcısı narkotika ticarəti ilə əlaqədar kriminal qruplaşmasında aşkar edilmişdir. Rusiya Xarici İşlər Nazirliyi ABŞ kompaniyalarındakı bu cür səhlənkarlıq hallarının Bioloji Silahların Qadağan edilməsi haqqında Konvensiyanın tələblərinə zidd olduğunu bəyan etmişdir.

Digər xəbərlər