PDF Oxu

Dünya

  • 5

Mərkəzi Avropada daşqın, Çində isə sürüşmə qurbanların artmasına səbəb olub

Mərkəzi Avropada daşqın, Çində isə sürüşmə qurbanların artmasına səbəb olub
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Mərkəzi Avropada yağan aramsız leysan yağışların selə çevrilməsi nəticəsində 10 nəfər həlak olmuşdur. Polşa, Çexiya və Almaniya fəlakət zonasına düşmüşdür. Polşanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin cənubi-qərbində üç nəfər boğulub ölmüşdür. Çexiya və Almaniya sərhədində yerləşən Boqatınya şəhəri əhalisinin 700 nəfəri evaukasiya edilmişdir. "Frans Press"in dediyinə görə, bəndlərin uçması nəticəsində Zqojeles şəhəri su altında qalmışdır. Şəhər merinin dediyinə görə, suyun səviyyəsi cəmi bir neçə saat ərzində qalxmışdır. Alman polisi sərhəd hüdudlarından 1500 nəfərə yaxın adamı evakuasiya etmişdi. Şənbə günü evlərin birinin zirzəmisindən üç boğulmuş adamın meyiti tapılmışdır. Çexiya hökuməti dörd nəfərin həlak olduğunu, üç nəfərin isə itkin düşdüyünü bəyan edib. Çində sürüşmə halları iki dəfə artmışdır. Çinin şimali-qərbində yerləşən Çjoutsyuy dairəsinin Qansu əyalətində baş vermiş leysan yağışlarının sürüşmə doğurması nəticəsində ən azı, 27 nəfər həlak olmuşdur. "Sinxua" agentliyinin məlumatına görə, 2 min nəfərə yaxın insan itkin düşmüşdür. 45 min nəfərdən çox əhali regiondan uzaqlaşdırılmışdır. Hadisə yerinə Çinin baş naziri Ven Tszyabao gəlmişdir.

Digər xəbərlər