PDF Oxu

Dünya

  • 10

Qırğızıstanda qurultay iştirakçılarını gözyaşardıcı qazla dağıdıblar

Qırğızıstanda qurultay iştirakçılarını gözyaşardıcı qazla dağıdıblar
"Radio Azattıq"-ın məlumatına görə, Qırğızıstanın xüsusi xidmət dəstəsinin əməkdaşları avqustun 5-də qurultay keçirməyə cəhd edən siyasətçi və sahibkar Urmat Barıktabasovun tərəfdarları əleyhinə gözyaşardıcı qazlardan və səsli qumbaralardan istifadə etmişlər. "RİA-Novosti"nin məlumatına görə, insindent Bişkek yolu üstündə U.Barıktabasov tərəfdarlarının avtomobil kolonunun dayandığı yerdə baş vermişdir. "Radio Azattıq"-ın məlumatına görə, qurultay iştirakçıları qaçıb dağılışmaqdadırlar. Son məlumata görə, xüsusi dəstə üzvləri U.Barıktabasovun olduğu güman edilən ərazini mühasirəyə almışlar. Xatırladırıq ki, siyasətçinin tərəfdarları Bişkekə avqustun 5-də səhər yığışmağa başlamışdılar. Mitinq iştirakçıları müvəqqəti seçilmiş prezident Roza Otunbayeva ilə görüşmək tələbi ilə çıxış etmiş və millətçilik ruhunda olan şüarlar səsləndirmişlər. U.Barıktabasov əleyhinə qaldırılmış cinayət işini bağlamağı və ona baş nazir postu verilməsini tələb etmişdir. Qırğızıstan milisi U.Barıktabasovun tərəfdarlarının silahlı surətdə avtokolonlarla Balıçki istiqamətində hərəkət etdiyini müəyyənləşdirmiş və onları Kirşelk kəndi yaxınlığındakı blokpostda saxlamışdır. Qurultay təşkilatçısı qarşısına belə şərt qoyulmuşdur ki, o öz tərəfdarlarının dağılışması tələbi ilə çıxış etsin. Əks təqdirdə, onun həbs ediləcəyi bildirilmişdir. Ancaq milisin cəhdi uğursuzluqla nəticələnmişdir. Mitinqçilər onların silahlarını əllərindən alıb, özlərini isə qovmuşdular.

Digər xəbərlər