PDF Oxu

Dünya

  • 8

ABŞ nümayəndələri ilk dəfə olaraq Xirosimonun matəm mərasimində iştirak ediblər

ABŞ nümayəndələri ilk dəfə olaraq Xirosimonun matəm mərasimində iştirak ediblər
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ nümayəndləri, ilk dəfə olaraq, Yaponiyanın Xirosimo şəhərinin bombardman edilməsinin ildönümündə iştirak etmişlər. Yaponiyada avqustun 6-da başlanan ənənəvi matəm mərasiminin növbəti ildönümündə ABŞ səfiri Con Rus iştirak etmişdir. O öz çıxışında demişdir ki, hər iki ölkənin gələcək nəsillərinin mənafeyi baxımından ABŞ və Yaponiya əməkdaşlıq edərək, nüvə silahı olmayan dünya yaratmalıdır. ABŞ İkinci Dünya müharibəsindəki müttəfiqləri olan Böyük Britaniya və Fransa da matəm mərasimində iştirak etmək üçün öz diplomatlarını Yaponiyaya göndərmişlər. BMT-nin baş katibi Pan Gi Mun da mərasimdə iştirak edəcəkdir. O, bu təşkilatın ilk rəhbəridir ki, atom bombardmanı ildönümündə iştirak edir. "Assoşieyted Press"in dəqiqləşdirmələrinə görə, matəm mərasimində 74 ölkə nümayəndəsi iştirak edir. Bu dəfə Çin nümayəndələri matəm mərasimində iştirak etməyəcəklər. 2008-ci ildə Çin Xirosimoya özünün kiçik vəzifəli bir məmurunu göndərmişdi. Xirosimo və Naqasaki atom bombardmanı 65 il əvvəl, 1945-ci ilin avqust ayının 6-9-da başlanmışdı. Amerikalılar Xirosimoya "Malış" bombası atmışlar. Naqasakiyə isə "Tolstyak" adlanan atom bombası atılmışdır. Bombardman nəticəsində hər iki şəhərdə 210 min nəfərdən çox insan həlak olmuşdur. Xirosimoda ölənlərin sayı 140 min nəfər olmuşdur.

Digər xəbərlər