PDF Oxu

Dünya

  • 11

Netaniyaqu "HƏMAS" və Livana İsrailin gücünü göstərəcəyini bildirib

Netaniyaqu "HƏMAS" və Livana İsrailin gücünü göstərəcəyini bildirib
"Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrailin baş naziri Binyamin Netaniyaqu avqustun 4-də etdiyi müraciətində bildirmişdir ki, təmsilçisi olduğu ölkəyə zərər vurmaq istəyən hər bir kəsə qarşı ən sərt ölçülər götürüləcəkdir. "Ordumuza qarşı təxribat törətməyə cəhd göstərən "HƏMAS" və Livan hökuməti gərək bizim vətəndaşlarımızı və əsgərlərimizi qorumaq əzmimizi sınamağa cəhd göstərməsin. Bizim mövqeyimiz aydındır. İsrail həmişə zorakılığa zorakılıqla, güc tətbiqinə qüvvə ilə cavab verib və bundan sonra da belə olacaqdır " deyə qəzet B.Netaniyaqunun dediklərindən sitat gətirir.
"Yerusəlim Post"un yazdığına görə, iyulun 30-da Qəzza bölgəsi ərazisindən İsrailin Aşkelon məntəqəsi atəşə tutulub. İyulun 31-də həmin yerdən Sderot şəhərinin Şaar a-Negev bölgəsinə "Kassam" raketi buraxılmışdır. Avqustun 2-də Qəzza bölgəsindən İsrailin Eylat, İordaniyanın isə Akaba şəhəri atəşə tutulmuşdur. Nəticədə, bir İordaniya sakini öldürülmüşdür. Avqustun 3-də Livan hərbi qulluqçuları sərhəd bölgəsində patrul xidməti yerinə yetirən İsrail əsgərlərinə atəş açmışlar. Nəticədə, dörd Livan və bir İsrail əsgəri həlak olmuşdur. İsrail hökuməti bu hadisələrin məsuliyyətini "HƏMAS"-ın üzərinə qoyur.
Xatırladırıq ki, avqustun 4-də BMT nümayəndələri atışma yerində olmuşlar. Müəyyən edilmişdir ki, İsrail əsgərləri Livan sərhədini keçməmişdir. Livan tərəfi isə iddia edirdi ki, İsrail əsgərləri Livan ərazisinə keçmişdilər.

Digər xəbərlər