PDF Oxu

Dünya

  • 8

Qırğızıstanda ümumxalq axtarışı elan edilmiş siyasətçinin tərəfdarları qurultay keçirib

Qırğızıstanda ümumxalq axtarışı elan edilmiş siyasətçinin tərəfdarları qurultay keçirib
"24.kq." informasiya agentliyinin yaydığı məlumata görə, avqustun 5-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində müxtəlif cinayətlərdə ittiham edilmiş və axtarışı elan edilmiş siyasətçi və sahibkar Urmat Barıktabasovun tərəfdarları qurultay keçirmişlər. Agentlik qeyd edir ki, paytaxtın Maksim Qorkinin abidəsi qoyulmuş küçəsinə 500-600 nəfərədək adam toplaşmışdır. Bundan başqa, U.Barıktabasovun yaşadığı İssık-Kul vilayətinin Balıçki şəhərindən Bişkek şəhərinə böyük avtomobil kolonu hərəkət etməkdədir. Siyasətçinin tərəfdarları 10 marşrut nəqliyyat vasitəsi və 20 avtobusda qurultayda iştirak etmək üçün gəlirlər. "AKİ Press" agentliyinin məlumatına görə, Bişkekdə keçirilən qurultay mitinq xarakteri almaqdadır. Nümayişçilər əllərində üzərinə "Qırğızıstana güclü milli lider lazımdır!", "Biz Urmatı dəstəkləyirik!" sözləri yazılmış plakatlar tuturlar. Artıq Bişkekin mərkəzi meydanı milis kordonu tərəfindən mühasirəyə alınmışdır. Paytaxtda xalq drujinnikləri də dolaşır. Milis əməkdaşlarının dediklərinə görə, U.Barıktabasovun paytaxta axışan tərəfdarları özləri ilə silah gətirirlər. Kütləvi qanun pozuntusunun qarşısının alınması üzrə xüsusi paytaxt dəstəsinin komandiri Kanatbek Jumayevin dediyinə görə, onlar şəhərə daxil olan kolonu yoxladıqdan sonra buraxacaqlar. Bundan başqa, milis sahibkarın məhkəmə tərəfindən verilmiş sanksiya üzrə təhvil verilməsini tələb edir. Hüquq-mühafizə orqanı əməkdaşları U.Barıktabasovun həbs etməyə cəhd etsələr də, onun tərəfdarları milis əməkdaşlarının silahlarını əllərindən alıb, hadisə yerindən uzaqlaşdırmışlar.

Digər xəbərlər