PDF Oxu

Dünya

  • 5

Papua-Yeni Qvineyada zəlzələ olub

Papua-Yeni Qvineyada zəlzələ olub
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Geoloji Xidmətinə əsaslanaraq, yaydığı məlumata görə, Papua-Yeni Qvineyada güclü zəlzələ baş vermişdir. Avqustun 5-də yerli vaxtla saat 08. 01-də ölkənin Yeni Qvineya adasında Rixter şkalası üzrə 7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin episentri ölkənin paytaxtı Port-Morsbinin şərq hissəsinin 565 kilometrliyində olmuşdur. Yeraltı təkanlar yerin 54 kilometr dərinliyində müşahidə edilmişdir. Dağıntılar və həlak olanlar haqda məlumat verilmir.

Digər xəbərlər