PDF Oxu

Dünya

  • 14

Pakistanda daşqınlar 1500 nəfərin həyatına son qoyub

Pakistanda daşqınlar 1500 nəfərin həyatına son qoyub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanda baş vermiş daşqınlar 1500 nəfərin həyatına son qoymuşdur. BMT 1400 nəfərin həlak olduğunu qeydə almışdır. BMT-nin Uşaq Fondunun (YUNESEF) məlumatına görə, daşqın zamanı zərər çəkmiş pakistanlıların ümumi miqdarı 3 milyon nəfəri ötüb keçmişdir. Onların təxminən yarısı 18 yaşınadək olan uşaqlar və yeniyetmələrdir. 980 min nəfərdən çox insan evsiz-eşiksiz qalmışdır. Hakimiyyət dairələrinin proqnozlarına görə, bu rəqəm get-gedə artacaqdır. Pakistanda daşqınlar iyul ayının axırlarında başlamışdır. Təbii fəlakətin səbəbi ölkənin şimali-qərbində yağan aramsız leysan yağışları nəticəsində ölkənin böyük çaylarının öz sahillərini aşması olmuşdur. Bu daşqın son 80 il ərzində ölkədə ən böyük təbii fəlakət kimi qeydə alınmışdır. Pakistan meteoloji xidmətinin məlumatına görə, yaxın günlərdə leysan yağışlar yağmaqda davam edəcəkdir. Ölkənin şimal-qərb rayonlarına 200 millimetrədək yağışların düşəcəyi gözlənilir.

Digər xəbərlər