PDF Oxu

Dünya

  • 18

İspaniya aviadispetçerləri tətil keçirəcək

İspaniya aviadispetçerləri tətil keçirəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İspaniya aviadispetçerlərinin həmkarlar ittifaqları tətil keçirmək haqda qərar qəbul etmişlər. Tətilin dəqiq günü haqda məlumat verilməsə də, belə ehtimal edilir ki, tətillər avqustun ikinci yarısından sonra başlayacaqdır. Çünki bu vaxt turistlərin qızğın mövsümü başlayır. Aviadispetçerlərin etirazlarının səbəbi hakimiyyət dairələrinin fevral ayında onların əməkhaqlarını azaltmaları, maksimal iş vaxtının artırılması və iş vaxtı olan istirahət saatlarının vaxtının qısaldılmasıdır. Tətilin nə vaxt başa çatacağı haqda da məlumat verilmir. Həmkarlar ittifaqları nümayəndələrinin dediklərinə görə, bu, hakimiyyət dairələrinin aksiya iştirakçıları ilə danışıqlar aparıb-aparmamalarından asılıdır. Hakimiyyət dairələri tətil haqda qərara kəskin münasibət bildirmiş və aviadispetçerlərin tələblərinə əməl edəcəklərini vəd edərək, aeroportların işlərini davam etdirmələrini tövsiyə etmişlər. İspaniya hökuməti aviadispetçerlərin əməkhaqlarını qənaət məqsədilə azaltmışdır. Agentliyin qeydinə görə, aviadispetçerlərin əməkhaqları il ərzində 350 min avro təşkil edirdi. Hakimiyyət dairələri ölkədə baş vermiş ağır iqtisadi vəziyyətdə bu əməkhaqqının çox yüksək olduğu qənaətinə gəlmişlər. Xatırladırıq ki, hazırda İspaniyada işisizliyin səviyyəsi 20 faiz təşkil etməkdədir. İspaniyada aviadispetçerlərin ən böyük tətilləri 2006-cı ildə baş vermişdir. Həmin vaxt tətil bir sutkaya yaxın davam etmiş və nəticədə 500 aviareys təxirə salınmışdır. Beynəlxalq aviareyslər də bu rəqəmə daxildir.

Digər xəbərlər