PDF Oxu

Dünya

  • 8

Ekspertlər Rusiyanın Cənubi Osetiya konfliktindəki itkilərini müəyyənləşdiriblər

Ekspertlər Rusiyanın Cənubi Osetiya konfliktindəki itkilərini müəyyənləşdiriblər
"İnterfaks" informasiya agentliyinin avqustun 4-də yaydığı məlumata görə, müstəqil ekspertlər qrupu Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla konflikt zəminində nə qədər hərbi texnika itirdiyi haqda yekun nəticə əldə etmişdir. Bu konflikt zamanı Rusiya 6 döyüş təyyarəsi, 3 tank, 20-yə yaxın yüngül zirehli maşın və onlarla yük avtomobili itirmişdir. Rusiyanın Cənubi Osetiya konfliktində tam itkilərinin hesabatı gələn həftə işıq üzü görəcək "Beşgünlük müharibə" məcmuəsində dərc ediləcəkdir. Məlumatı agentliyə Rusiyanın Strategiya və Texnologiya Analizləri Mərkəzinin (STAM) direktoru Ruslan Puxov vermişdir. Ekspertlərin gəldiyi nəticələrə görə, Rusiya 6 hərbi təyyarə itirmişdir. Onların üçü Su-25, ikisi Su-24, biri isə Tu-22M3 olmuşdur. Yerüstü texnikaya gəldikdə Rusiya 3 tank itirmişdir: 72B(M), T-72B və T-62M. R.Puxov bu tankların düşmənin atəşi ilə məhv edildiyini təsdiq etmişdir. Bundan başqa, yüngül zirehli texnika bölməsi 20 ədəd zirehli texnika itirmişdir: 9 ədəd BMP-1, 3 ədəd BMP-2, 2 ədəd BTR-80, 1 ədəd BMD-2, 3 ədəd BRDM-2 və 1 ədəd MT-LB. Rusiya bunlardan başqa sülhməramlı batalyon ərazisində 20 ədəd avtotexnika itirmişdir. İstintaqın gəldiyi nəticəyə görə, Rusiya döyüş zamanı 67 hərbi qulluqçu itirmişdir. Tbilisinin hesablamalarına görə, Gürcüstan döyüş zamanı 412 nəfər itki vermişdir ki, onların 170 nəfəri hərbi qulluqçular olmuşdur.

Digər xəbərlər