PDF Oxu

Dünya

  • 8

Qəzza bölgəsində "HƏMAS" rəhbərinin evində partlayış törədilib

Qəzza bölgəsində "HƏMAS" rəhbərinin evində partlayış törədilib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Qəzza bölgəsində "HƏMAS" Fələstin hərəkatı liderlərindən birinin evində partlayış törədilmişdir. Nəticədə 24 nəfər bədən xəsarəti almışdır.
"HƏMAS" nümayəndələri partlayışın Alaa əl-Dənəf adlı səhra komandirinin evində törədildiyini bildirmişlər. Yerli həkimlərin məlumatına görə, partlayışdan həm bina yaxınlığında, həm də bina daxilində olanlar xəsarət almışlar. "HƏMAS" üzvləri partlayışın İsrail hökuməti tərəfindən təşkil edildiyini deyirlər. Agentlik İsrail hərbçilərinin hadisə ilə əlaqədar təkzib verdiklərini bildirir. İyulun 30-da İsrailin hərbi-hava qüvvələri Qəzza bölgəsi ərazisinə havadan raket zərbəsi endirmişdir. Nəticədə Qəzza bölgəsini Misirlə birləşdirən tunellərdən biri partladılmışdır. Verilən məlumata görə, bombardman nəticəsində "HƏMAS"-ın səhra komandirlərindən biri olan İsa əl-Batran öldürülmüşdür.
Bir gün sonra "HƏMAS" silahlıları İsrail ərazisini atəşə tutmuşdur. Qəzza bölgəsindən buraxılmış raket İsrailin cənubunda yerləşən Sderot şəhəri ərazisinə düşmüşdür. Nəticədə yerli təhsil müəssisələrindən biri zərər çəkmişdir.

Digər xəbərlər