PDF Oxu

Dünya

  • 17

Rusiya ABŞ-la birgə təlim keçirəcək

Rusiya ABŞ-la birgə təlim keçirəcək
Rusiya və ABŞ Kanadanın iştirakı ilə havada terrorçuluq əleyhinə birgə təlimlər keçirəcəkdir. Bu haqda avqustun 2-də Şimali Amerika Kosmik-Hava Müdafiəsi Komandanlığının saytında məlumat verilmişdir.
"İkigöz qartal" adı altında təlim 8-11 avqust arasında keçiriləcəkdir. Təlimdə Rusiya Federal Aeronəqliyyat xidmətinin və Amerika Federal Mülki Aviasiya İdarəsinin mülki mütəxəssisləri iştirak edəcəkdir. Kanada Hərbi-Hava Qüvvələri də təlimin gedişində birgə Kanada-Amerika strukturu hesab edilən NORAD vasitəsilə iştirak edəcəkdir. Təlimdə ABŞ və Rusiyanın hərbi-hava qüvvələrinin döyüş təyyarələri, "AWACS" radiolokasiya kəşfiyyat, A-50 və E-3V Boinq təyyarələri və hər iki tərəfin hava yanacaqdolduran təyyarələri iştirak edəcəkdir.
Təlimin məqsədi terrorçuların nəqliyyat təyyarələrini ələ keçirmələrinin qarşısını almaq üçün tədbir görməkdir. Təlim proqramına Uzaq Şərqdən Alyaskaya və Alyaskadan Uzaq Şərqə nəzərdə tutulan beynəlxalq uçuşlar da daxil edilmişdir.

Digər xəbərlər