PDF Oxu

Dünya

  • 12

Pakistanda baş verən daşqın 1100 nəfərin həyatına son qoyub

Pakistanda baş verən daşqın 1100 nəfərin həyatına son qoyub
"Assoşieyted Press" informasiya agentliyinin avqustun 1-də yaydığı məlumata görə, Pakistanda daşqından həlak olanların sayı 1100 nəfərə çatmışdır. 27 min nəfərdən çox adam yardım gözləməkdədir. Yerli hakimiyyət dairələrinin məlumatına görə, həlak olanların sayı artacaqdır. Xilasedicilik əməliyyatlarında 43 hərbi vertolyot və 100-dən çox kater iştirak edir. Bir müddət əvvəl, ölənlərin sayının 862 nəfər olduğu, 150 nəfərin itkin düşdüyü bildirilirdi. Deyilənə görə, xilasedicilər 14600-dən artıq evin dağıdıldığı Svat dairəsində 1500 turistin olduğu yeri müəyyənləşdirməyə çalışır. "Frans Press"in Xayber-Pahtunha əyalətinin informasiya naziri Mian İftixar Hüseynə əsaslanaraq, verdiyi məlumata görə, ümumilikdə, 1,5 milyon nəfərdən çox adam daşqından zərər çəkmişdir. Avqustun 1-də gündüz belə bir məlumat yayılmışdı ki, Pakistanın bəzi rayonlarında vəba xəstəliyi aşkar edilib. Pakistanda daşqın iyulun axırlarında leysan yağışları nəticəsində baş vermişdir. Çayların bir neçəsi öz sahillərini aşmış və 10-larla yaşayış məntəqəsi sel suları altında qalmışdır. Bu daşqın 1929-cu ildən etibarən ən böyük daşqın kimi qeydə alınmışdır.

Digər xəbərlər