PDF Oxu

Dünya

  • 11

İsrail beynəlxalq təhqiqatın aparılmasına razılıq verib

İsrail beynəlxalq təhqiqatın aparılmasına razılıq verib
"Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrail hökuməti "Azadlıq Donanması" ilə bağlı beynəlxalq təhqiqatın aparılması üçün razılıq vermişdir. İsrailin müdafiə naziri Ehud Barak BMT-nin baş katibi Pan Gi Muna bu yöndə məlumat vermişdir. Qəzet yazır ki, BMT-nin yaratdığı komissiyaya Yeni Zelandiyanın keçmiş baş naziri Cefri Palmer başçılıq edəcəkdir. BMT, ABŞ, İsrail və Türkiyə nümayəndələri yeni yaradılacaq komissiyanın tərkibinə daxil olacaqlar. İsrailin xüsusi xidmət dəstəsi "Azadlıq Donanması"nı cari il mayın 31-ə keçən gecə ələ keçirmişdi. Bortunda humanitar yük olan gəmi Qəzza bölgəsinə doğru istiqamət götürmüşdü. Gəmidə Avropa və ərəb ölkələrindən bir neçə yüz hüquq müdafiəçisi olmuşdu. Heyət içərisində olan Türkiyəyə məxsus "Mavi Mərmərə" gəmisinə soxulmuş İsrailin xüsusi xidmət dəstəsi 9 nəfəri öldürmüşdür. Onlardan 8 nəfəri türk, 1 nəfəri isə Amerika vətəndaşı olmuşdur. Daha 30 nəfər bədən xəsarəti almışdır.

Digər xəbərlər