PDF Oxu

Dünya

  • 8

Oş Şəhər Şurası AŞPA polis kontingentini qəbul etməyib

Oş Şəhər Şurası AŞPA polis kontingentini qəbul etməyib
"AKİ Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 30-da Qırğızıstanın Oş Şəhər Şurası belə bir qərar qəbul etmişdir ki, Bişkekdən sonra ölkənin ikinci böyük şəhəri olan Oşa AŞPA güc strukturlarının gətirilməsindən imtina edilsin.
Xatırladırıq ki, Oş şəhərinə AŞPA qüvvələrinin yeridilməsi məsələsini parlamentin növbədənkənar yığıncağında deputat Nəzərəli Aripov irəli sürmüşdü. Bundan sonra Qırğızıstan rəhbərliyi iyun ayında yerli qırğızlar və özbəklər arasında etnik münaqişənin başlandığı Oş şəhərinə AŞPA-nın polis kontingentini yeritmək qərarı qəbul etmişdi. AŞPA-nın Oş şəhərinə dislokasiya edəcəyi 52 nəfər polis əməkdaşı yerli hüquq-mühafizə orqanları ilə Qırğızıstan milisinin pofessional səviyyəsini yüksəltmək üçün birgə terninqlər və məsləhətləşmələr keçirəcəkdi.
Oş və Bişkek şəhərlərinin əhalisi hakimiyyət dairələrinin bu təşəbbüsünə sərt reaksiya göstərmiş və yüzlərlə insan "Kosovo variantı" əleyhinə mitinq keçirmək üçün küçə və meydanlara axışmışdır. Nümayiş iştirakçıları ehtiyat edirlər ki, AŞPA polisi birtərəfli qaydada özbək əhalisinin tərəfini saxlayacaq və bir müddət sonra ölkənin cənubunda yerli özbəklərdən ibarət muxtar qurum yaradacaq. Mitinq təşkilatçıları "Qırğızıstan Xalqı Xarici Qüvvələr Əleyhinə" hərəkatında birləşmiş bir neçə gənclər təşkilatları olmuşdur.
Oş şəhərində etnik zəmində qarşıdurma iyunun 11-də başlanmışdır. Bir müddət sonra, Cəlalabad şəhəri də konflikt zonasına çevrilmişdi.

Digər xəbərlər