PDF Oxu

Dünya

  • 14

Strasburq Məhkəməsi özbək qaçqınına görə Rusiyanı cərmələyib

Strasburq Məhkəməsi özbək qaçqınına görə Rusiyanı cərmələyib
İnsan Hüququ üzrə Strasburq Məhkəməsi Özbəkistan vətəndaşı Abdumütəllim Kərimovun ekstradisiya edilməsinə qadağa qoymuşdur. Bu şəxsi öz vətənində terrorçuluqla əlaqədə suçlamışlar. Bu faktı aşkarlamayan məhkəmə A.Kərimova 13 min avro məbləğində kompensasiya ödənilməsi haqda qərar çıxarmışdır. A.Kərimovun Rusiya əleyhinə verdiyi iddia məhkəmənin rəsmi saytında dərc edilmişdir. "Vremya Novostey" qəzetinin yazdığına görə, A.Kərimovun Özbəkistan hökuməti tərəfindən axtarışı elan edilmişdir. Onu 2005-ci il Əndican hadisələri ilə əlaqədar ittiham edirdilər. O vaxt bu məsələ ilə əlaqədar 10-larla özbək təqibdən yaxa qurtarmaq məqsədilə ölkə ərazisini tərk etmişdir. 2005-ci ildə A.Kərimov Rusiyaya qaçmış və üç il ərzində Yoşkar - Olada yaşamışdır. Rusiya hökuməti 2008-ci ildə onu həbs edib, məhkəmədə ölkədən ekstradisiya etmək qərarı çıxarmışdır. Avropa Məhkəməsi A.Kərimovun ekstradisiyasına qadağa qoyduqdan sonra, ona müvəqqəti qaçqın statusu verilmişdir. A.Kərimovun dediyinə görə, o, Əndican hadisələrində iştirak etməmiş, sadəcə olaraq, mitinqçilərə qoşulmuşdu.

Digər xəbərlər