PDF Oxu

Dünya

  • 5

Türkmənistanda şübhəli vətəndaşların "qara siyahısı" tutulub

Türkmənistanda şübhəli vətəndaşların "qara siyahısı" tutulub
"Fərqanə.Ru." informasiya agentliyinin yaydığı məlumata görə, "Najot" Xarəzm hüquq-müdafiə qrupu avqustun 1-dən etibarən Türkmənistanda prezidenti Qurbanqulu Berdiməhəmmədovun yeni məxfi sərəncamı fəaliyyətə başlayacaqdır. Bu sərəncama əsasən, bəzi Türkmənistan və xarici ölkə vətəndaşlarının Türkmənistana gediş və gəlişlərinə qadağa qoyulacaqdır. Hüquq müdafiəçilərinin məlumatına görə, "qara siyahı" iki hissədən ibarətdir. Birinci hissə 37057 nəfəri əhatə edir ki, bunlar da müxtəlif kateqoriyalara bölünür: dövlət idarəetmə, yerli icraiyyə hökuməti orqanları və ölkənin xüsusi xidmətinin daimi müşahidəsi altında olan Türkmənistan vətəndaşları. Bu şəxslərə respublika ərazisini tərk etmək qadağan ediləcəkdir. Sərəncamın ikinci hissəsi Türkmənistan ərazisinə girməsi qadağan edilən şəxslərin siyahısından ibarətdir. Bu siyahı da bir neçə kateqoriyaya bölünür: xarici ölkələrdə siyasi sığınacaq almış respublika vətəndaşları - 268, beynəlxalq təşkilat nümayəndələri - 132, jurnalistlər -32, cinayətkarlar-1684, xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri-296 nəfər. Bundan başqa, xarici dövlətlərin daha 7 min vətəndaşı bu kateqoriya kənarında "qara siyahı"ya salınmışdır. Onlara Türkmənistana gəlmək qadağan edilir.

Digər xəbərlər