PDF Oxu

Dünya

  • 7

Tennessi vitse-qubernatoru islam dəyərlərinin ştat ərazisində qorunmayacağını bildirib

Tennessi vitse-qubernatoru islam dəyərlərinin ştat ərazisində qorunmayacağını bildirib
ABŞ-da Respublikaçılar Partiyasının üzvü Ron Remsi islamın din olmasına şübhə ilə yanaşdığını bildirmiş və ştat ərazisində bu dinin Amerika Konstitusiyası üzrə müdafiə edilməyəcəyini vurğulamışdır.
Tennessi ştatının 54 yaşlı vitse-qubernatoru bu bəyanatını partiya üzrə həmkarları ilə görüşdüyü vaxt bəyan etmişdir. Siyasətçinin çıxışı videolentə alınmış və "You Tube" saytında yerləşdirilmişdir. Zalda əyləşmiş kişi R.Remsiyə belə bir sualla müraciət etmişdir: "ABŞ üçün gözlənilən müsəlman təhlükəsinə necə yanaşırsınız?" Vitse-qubernator verdiyi cavabda bildirmişdir ki, islam dünya dini kimi yer üzündə ikinci yer tutsa da, ştatda Amerika Konstitusiyası üzrə müdafiə olunmaq şansı qazanmamışdır.
R.Remsinin fikrincə, islam dini təriqətdən çox, dünyagörüş formasıdır və Konstitusiyada onun müdafiəsi üçün nəzərdə tutulan müddəalarda dəyişiklik edilməlidir. Vitse-prezident düşünür ki, dəyişiklik bu cür xarakterizə oluna bilər: "ABŞ-ın Tennessi şatatı ərazisində islam şəriət qanunu ləğv edilsin".
Yerli jurnalistlər belə hesab edirlər ki, vitse-qubernatorun bu cür çıxışının səbəbi son vaxtlar ştat paytaxtı Neşvilin cənub-şərqində yerləşən Merfrisboro şəhərində müsəlman mərkəzinin inşa edilməsi ilə bağlı yayılan söz-söhbətdir. Ekspertlər belə hesab edirlər ki, R.Remsinin bu cür mühafizəkar çıxışı gələn ay ştat ərazisində keçiriləcək qubernator postu uğrunda mübarizədə qalib gəlməsinə hesablanıb.
ABŞ-da islam dininə əhalinin cəmi 0,6 faizi inam bəsləyir. Bununla belə, bu dinin sıraları sürətlə genişlənməkdədir.
Livan vətəndaşı Əhməd Şuman ölkə prezidenti Mişel Süleymanı tənqid etdiyi üçün həbs edilmişdir. İyulun 28-də "Dailu Teleqraf" qəzetinin yazdığına görə, Ə.Şuman Kiyevdən uçub Beyruta gəldikdən sonra, aeroportda həbs edilmişdir. Prokurorluğun məlumatına görə, Ə.Şuman 3 dostu ilə birlikdə "Facebook" sosial şəbəkəsində Mişel Süleymana həsr edilən "Biz hiyləgər prezidenti istəmirik" başlıqlı səhifə açmışdır. İttiham təsdiq edir ki, səhifədəki mətndə M.Süleymanın ünvanına "böhtan və təhqirlər" yer tutmuşdur.
Hazırda səhifə saytdan çıxarılmışdır. "Dailu Teleqraf"ın yazdığına görə, səhifənin mətnində M.Süleyman ali baş komandan rolunda tənqid edilmişdir. Ə.Şuman və dostları prezidenti qeyri-müəyyən siyasi mövqeyinə görə ittiham ediblər. Onların fikrincə, M.Süleyman həm ABŞ-a, həm Suriyaya yarınır və İsraillə dinc dialoq tərəfdarı kimi çıxış edib.
"Dailu Star" qəzetinin yazdığına görə, Ə.Şumanın hər üç dostu - Naim Hanna, Entoni Ramiyə və Şebel Qasab hələ iyunun 28-də həbs edilmiş, iyulun 2-də isə məhkəmənin qərarından əvvəl azadlığa buraxılmışdır. "Dailu Teleqraf" qəzeti yazır ki, Livanda birinci haldır ki, internet şəbəkəsində yerləşdirilən yazıya görə vətəndaşlara qarşı cinayət işi qaldırılır. Nəşrin məlumatına görə, saxlanılanların günahlarının sübut olunacağı təqdirdə, hər birinə iki ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.
Xatırladırıq ki, Livan prezidentinin özü "Facebook" sosial şəbəkəsinin istifadəçisidir.

Digər xəbərlər