PDF Oxu

Dünya

  • 7

Tennessi vitse-qubernatoru vislam dəyərlərinin ştat ərazisində qorunmayacağını bildirib

Tennessi vitse-qubernatoru vislam dəyərlərinin ştat ərazisində qorunmayacağını bildirib
ABŞ-da Respublikaçılar Partiyasının üzvü Ron Remsi islamın din olmasına şübhə ilə yanaşdığını bildirmiş və ştat ərazisində bu dinin Amerika Konstitusiyası üzrə müdafiə edilməyəcəyini vurğulamışdır.
Tennessi ştatının 54 yaşlı vitse-qubernatoru bu bəyanatını partiya üzrə həmkarları ilə görüşdüyü vaxt bəyan etmişdir. Siyasətçinin çıxışı videolentə alınmış və "You Tube" saytında yerləşdirilmişdir. Zalda əyləşmiş kişi R.Remsiyə belə bir sualla müraciət etmişdir: "ABŞ üçün gözlənilən müsəlman təhlükəsinə necə yanaşırsınız?" Vitse-qubernator verdiyi cavabda bildirmişdir ki, islam dünya dini kimi yer üzündə ikinci yer tutsa da, ştatda Amerika Konstitusiyası üzrə müdafiə olunmaq şansı qazanmamışdır.
R.Remsinin fikrincə, islam dini təriqətdən çox, dünyagörüş formasıdır və Konstitusiyada onun müdafiəsi üçün nəzərdə tutulan müddəalarda dəyişiklik edilməlidir. Vitse-prezident düşünür ki, dəyişiklik bu cür xarakterizə oluna bilər: "ABŞ-ın Tennessi şatatı ərazisində islam şəriət qanunu ləğv edilsin".
Yerli jurnalistlər belə hesab edirlər ki, vitse-qubernatorun bu cür çıxışının səbəbi son vaxtlar ştat paytaxtı Neşvilin cənub-şərqində yerləşən Merfrisboro şəhərində müsəlman mərkəzinin inşa edilməsi ilə bağlı yayılan söz-söhbətdir. Ekspertlər belə hesab edirlər ki, R.Remsinin bu cür mühafizəkar çıxışı gələn ay ştat ərazisində keçiriləcək qubernator postu uğrunda mübarizədə qalib gəlməsinə hesablanıb.
ABŞ-da islam dininə əhalinin cəmi 0,6 faizi inam bəsləyir. Bununla belə, bu dinin sıraları sürətlə genişlənməkdədir.

Digər xəbərlər