PDF Oxu

Dünya

  • 14

Somali dəniz quldurları Türkiyə gəmisini qaytarıblar

Somali dəniz quldurları Türkiyə gəmisini qaytarıblar
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Somali dəniz quldurları Türkiyəyə məxsus "Frigiya" gəmisini azadlığa buraxmışlar. Gəmidə iki Ukrayna vətəndaşı olmuşdur. Gəminin bortundakı digər 19 dənizçi türk olmuşdur. 35 min su tutumu olan "Frigiya" gəmisi bu il martın 23-də Seyşel adaları yaxınlığında oğurlanmışdır. Gəmi Malta bayrağı altında Misirin Port-Səid şəhərindən Taylanda doğru kurs götürmüşdür. "Nationat Turk" nəşrinin məlumatına görə, gəmi gübrə aparırdı. Gəminin azadlığa buraxılması şərtləri haqda heç bir açıqlanma verilmir. Əksər hallarda Somali quldurları nəzərdə tutulan pulu aldıqdan sonra gəmiləri buraxırlar. Hazırda Somali quldurları 20-yə yaxın gəmini və 400 nəfərədək dənizçini əsir saxlayırlar.

Digər xəbərlər