PDF Oxu

Dünya

  • 10

Uqo Çaves ABŞ-ı neft qoyuluşunu dayandıracağı ilə hədələyib

Uqo Çaves ABŞ-ı neft qoyuluşunu dayandıracağı ilə hədələyib
"Vaşinqton Post" qəzetinin yazdığına görə, Venesuela prezidenti Uqo Çaves bir neçə min tərəfdarı önündə çıxışı zamanı belə bir bəyanat vermişdir ki, amerikalılara dost ölkə olan Kolumbiya onun ölkəsinə hücum edəcəyi təqdirdə, ABŞ-a neft ixracını tamamilə dayandıracaqdır. "Kolumbiyanın hər hansı bir hərbi təxribatı həyata keçirəcəyi təqdirdə, ABŞ-a bir damla da olsa neft buraxılmayacaq" deyə U.Çaves bildirmişdir. Qəzetin yazdığına görə, ABŞ Venesuelanın başlıca neft idxalçısıdır. U.Çaves Venesuela vətəndaşlarının pulsuzluqdan hətta "daş yiyəcəkləri" təqdirdə belə, ABŞ-a neft buraxmayacağını bildirmişdir. Venesuela və Kolumbiya arasında konflikt iyulun 22-də Uqo Çavesin Boqota ilə diplomatik münasibətləri pozması haqda bəyanat verdikdən sonra başlanmışdır. Bu qərar Kolumbiyanın Karakası sol radikal Kolumbiya silahlılarını gizləməkdə ittiham etdikdən sonra qəbul edilmişdir. İyulun 16-da Venesuela öz səfirini Boqotadan geri çağırmışdır. Buna cavab olaraq, iyulun 22-də Kolumbiya analoji addım atmışdır. "Vaşinqton Post"un yazdığına görə, Kolumbiya tərəfi Venesuelanı hərbi hücumla hədələməmişdir. Xatırladırıq ki, U.Çaves bir neçə dəfədir ki, ABŞ-a neft ixracatını dayandıracağını bəyan edir. U.Çaves 2008-ci ilin iyulunda da bu cür bəyanatla çıxış etmişdi.

Digər xəbərlər