PDF Oxu

Dünya

  • 5

Fidel Kastro yenidən kütlə önünə çıxıb

Fidel Kastro yenidən kütlə önünə çıxıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 26-da Kuba lideri Fidel Kastro Kuba inqilabının 57-ci ildönümünə həsr edilmiş təntənəli mərasimdə iştirak etmişdir. 83 yaşlı F.Kastro Kuba şairi və milli qəhrəman Xose Martinin abidəsi önünə əklil qoymuş, sonra isə ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşmüşdür. Agentliyin məlumatına görə, Kuba lideri dövlət rəhbərlərinin çıxış etdikləri təntənəli mərasimin rəsmi hissəsində iştirak etməmişdir. 2008-ci ildə Kuba prezidenti Fidel Kastronu postunda əvəz edən qardaşı Raul Kastro təntənəli mərasimdə iştirak etsə də, nitq söyləməmişdir. Onun əvəzinə ölkənin vitse-prezidenti Xose Ramon Maçado kubalılara müraciət etmişdir. 2006-cı ildə F.Kastro üzərində cərrahiyyə əməliyyatı aparıldıqdan sonra, öz səlahiyyətlərini müvəqqəti olaraq, qardaşı Raula vermişdi. 2008-ci ildə F.Kastro rəsmi surətdə Dövlət Şurası və Kubanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı postlarından istefa vermiş, ancaq Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsini özündə saxlamışdır. Xəstələndikdən sonra, F.Kastro, praktik olaraq, kütlələr önünə çıxmamışdır. Ancaq son vaxtlar o, müxtəlif tədbirlərdə iştirak edir, televiziya ekranında görünür.

Digər xəbərlər