PDF Oxu

Dünya

  • 10

İraqda iki terror aktı nəticəsində 20 nəfərdən çox adam həlak olub

İraqda iki terror aktı nəticəsində 20 nəfərdən çox adam həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, iyulun 26-da Bağdadın cənub-şərq hissəsinin 100 kilometrliyində yerləşən Kərbala şəhərində iki terror aktı törədilmişdir. Nəticədə, 21 nəfər həlak olmuş, 47 nəfərədək adam yaralanmışdır. Yerli polis orqanlarına əsaslanan "Assoşieyted Press"in məlumatına görə, ölənlərin sayı 22, yaralananların sayı isə 68 nəfər olmuşdur. Yerli səhiyyə idarəsinin nümayəndələrinin dediklərinə görə, ölənlərin və yaralanların əksəriyyəti polis əməkdaşları və dinc sakinlər olmuşlar. Həlak olanlar arasında İraqın digər əyalətlərindən gəlmiş şiə ziyarətçiləri də olmuşdur. Şahidlərin dediklərinə görə, terror aktları, içərisinə partlayıcı qurğu bərkidilmiş avtomobillər vasitəsi ilə həyata keçirilmişdir. İlk partlayış Kərbala şəhərinin cənub hissəsində yerləşən nəzarət-keçid məntəqəsində baş vermişdir. Bu partlayışdan bir müddət sonra, hadisə yerinin yaxınlığında ikinci avtomobil partladılmışdır. Bir müddət əvvəl, Bağdadın "Əl-Ərəbiyyə" telekanalının ofisinin yerləşdiyi bina yaxınlığında avtomobil içərisində əyləşmiş kamikadze partlayıcı qurğunu işə salmışdır. O vaxt dörd nəfər həlak olmuş, 16 nəfər yaralanmışdı.

Digər xəbərlər